Kataloniyanın "Barselona" klubunun rəhbərliyi komandanın İspaniya Kral Futbol Federasiyası ilə əməkdaşlığa cavabdeh olan klub direktoru Pere Qratakosu argentinalı hücumçu Lionel Messi haqqında dediklərinə görə işdən çıxarıb.
Publika.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 11-də İspaniya Kuboku çərçivəsində "Atletik"lə keçirilən və Messinin bir qolla fərqləndiyi matçdan (3:1) sonra Qratakos bildirib ki, "Barselona" növbəti mərhələyə təkcə argentinalının sayəsində keçməyib, qələbə bütün komandanın zəhməti hesabına mümkün olub, belə ki, tərəfdaşsız o, belə yaxşı futbolçu ola bilməzdi".
"Barselona"nın mətbuat xidməti öz bəyanatında qeyd edib ki, Qratakos klubun mövqeyi ilə üst-üstə düşməyən fikri aşkarcasına ifadə etdiyi üçün işdən qovulub.