x
Loading...
.

Çin klubu "Çelsi"nin futbolçusuna ildə 30 milyon funt əməkhaqqı təklif edir

Çin klubu "Çelsi"nin futbolçusuna ildə 30 milyon funt əməkhaqqı təklif edir
05:52 14 Yanvar 2017
69 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 14 yanvar. REPORT.AZ/ Çin futbol klubu İngiltərənin "Çelsi" klubunun hücumçusu Diyeqo Kostaya ildə 30 milyon funt əməkhaqqı təklif edib.
"Report" xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat verib.
Komandanın adı açıqlanmır. Həmçinin məlum olub ki, 28 yaşlı forvard şənbə günü "Lester"lə keçiriləcək İngiltərə çempionatının 21-ci tur matçını buraxacaq. Qeyd olunur ki, buna futbolçunun komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə mübahisə etməsi səbəb olub.
Kosta "Çelsi"də 2014-cü ildən çıxış edir. O, hazırkı mövsümdə komandada bütün turnirlərdə 21 oyun keçirib və 14 qol vuraraq 5 məhsuldar ötürmə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cin-klubu-celsi-nin-futbolcusuna-ilde-30-milyon-funt-emekhaqqi-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR