Yaponiyada qar səbəbindən 40 aviareys təxirə salınıb

Yaponiyada qar səbəbindən 40 aviareys təxirə salınıb
06:42 14 Yanvar 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Yaponiyanın şimal və mərkəzi regionlarına yağan güclü qar şənbə günü ən azı 40 daxili aviareysin təxirə salınmasına gətirib çıxarıb.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Əsasən, Yapon dənizi sahilində yerləşən Niiqatı və digər şəhərlərdən reyslər təxirə salınıb. Bol qar səbəbindən yerli hava limanı rəhbərliyi təmizlənməsi üçün uçma-enmə zolağının müvəqqəti bağlanması barədə qərar qəbul edib.
Güclü qar Naqoya və Osaka şəhərləri arasında işləyən "sinkansen" sürətli ekspress qatarlarının gecikməsinə də səbəb oub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-qar-sebebinden-40-aviareys-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR