2016-cı ilin ən güclü smartfonları

2016-cı ilin ən güclü smartfonları
07:12 14 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Mobil qurğuların məhsuldarlığını müəyyənləşdirən populyar testin istehsalçısı "Antutu" şirkətinin yeni reytinqinə əsasən, "iPhone 7 Plus" 2016-cı ilin ən güclü smartfonudur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "iPhone 7"  modeli 2016-cı ilin 10 ən məhsuldar smartfon reytinqində ikinci yeri tutub.

"OnePlus 3T" modeli gözlənilmədən üçüncü yerdə qərarlaşıb. Bu smartfon  xətti istehsalçılar tərəfindən "qabaqcıl smartfonların qatili" kimi təqdim edilir: güclü elektron içliyə malik sözügedən smartfonun qiyməti qabaqcıl smartfonlarla müqayisədə ucuzdur.

Ekspertlər qeyd etdiyi kimi, "iPhone 7" smartfonları yeni "A10" prosessorunun sayəsində reytinqdə ön pillədə qərarlaşıb. "Android" mobil əməliyyat sistemi ilə işləyən smartfonlar adətən "Snapdragon 821" və ya "Snapdragon 820" prosessorları ilə təchiz edilir. Bu prosessorlar yüksək məhsuldarlığa malik olmasına baxmayaraq, "A10" prosessorundan bir qədər zəifdirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/507327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR