x
Loading...
.

“Əl-Qaidə”nin liderlərindən biri məhv edildi

“Əl-Qaidə”nin liderlərindən biri məhv edildi
08:03 14 Yanvar 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+
.

“Ərəb yarımadasında “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib.

Publika.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib. Onun sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyatın yanvarın 8-də keçirildiyi bildirilir.

Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR