x
Loading...

“Amazon”un sahibi Vaşinqtondakı ən böyük evi aldı

“Amazon”un sahibi Vaşinqtondakı ən böyük evi aldı
08:17 14 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

"Amazon" şirkətinin qurucusu və baş direktoru Ceff Bezos Vaşinqtonun ən böyük evini - keçmiş toxuculuq muzeyini satın alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, binanın ümumi sahəsi 2,5 min kv. m-dən çoxdur.

Əldə olunan məlumatlara əsasən, formal olaraq daşınmaz əmlak oktyabrın 21-də 23 milyon dollar dəyərinə "Cherry Revocable Trust" təşkilatı tərəfindən əldə edilib.

Obyekt XX əsrin əvvəlində inşa edilmiş. iki kərpic binadan ibarətdir. Orada muzey 2013-cü ilə qədər fəaliyyət göstərib. Sonradan sərgi kompleksi Corc Vaşinqton Universitetinin kampusuna köçüb, tikili isə yaşayış binasına çevrilib.

Bezosun yeni evinin yanında həmçinin öz ailəsi ilə ABŞ-ın səlahiyyətləri başa çatmaqda olan prezidenti Barak Obama, ölkənin yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner də yaşayır. Hazırda Bezos öz ailəsi və uşaqları ilə Sietldə yaşayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/507315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR