Donald Trampın nümayəndələri Davos forumunda iştirak etməyəcək

Donald Trampın nümayəndələri Davos forumunda iştirak etməyəcək
08:22 14 Yanvar 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komanda nümayəndələrindən heç kim yanvarın 17-də Davosda öz işinə başlayacaq Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə Trampın nümayəndəsi Houp Hiksə istinadən "Bloomberg" məlumat yayıb.
"Heç kim iştirak etməyəcək", — deyə o bildirib.
İqtisadi forum hər il İsveçrənin Davos şəhərində keçirilir və bütün dünyanın siyasi və iqtisadi elitasını bir araya toplayır. 2017-ci ildə forum 17-20 yanvar tarixlərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampin-numayendeleri-davos-forumunda-istirak-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR