Damarları təmizləyən qidalar

Damarları təmizləyən qidalar
08:57 14 Yanvar 2017
310 Ölkə
Ölkə mətbuatı
A- A+

NAR: Tərkibində saxladığı antioksidantlar sayəsində nar, qan axınını artırır və damarların zəifləməsinin qarşısını alır.

SARIKÖK: Milli.Az deyerler.org-a istinadən bildirir ki, sarıkök, damar təmizliyində ən təsirli ədviyyatlardan biridir. Bundan başqa, damar sərtliyinin qarşısını alır və piy qatının әmәlә gәlmәsinә mane olur.

BADAM: E vitamini, lif və doymamış yağlar baxımından olduqca zəngin olan badam, tərkibindəki antioksidantlar sayəsində damarlardakı zədələnməyə mane olur.

GÜL KƏLƏMİ: K vitamini və lif baxımından zəngin olan gül kələmi, xolesterini və təzyiqi salır. K vitamini damarlardakı kalsium səviyyəsini tarazlaşdırır.

YAŞIL ÇAY: Yaşıl çay, damarlara ziyan verən oksidatif stressi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidantlar xolesterini salır və bu sayədə ürəyi qoruyur.

ZEYTUN YAĞI: Ürək xəstəliklərinin görülmə nisbətinin daha az olması zeytun yağı sayəsindədir. Tərkibindəki antioksidantlar sayəsində xərçəngin qarşısını alır və təzyiqi salır.

YULAF: Yulaf xolesterini salır və damarları təmizləyir. Yeməyinizə yulafı əlavə etməyinizi təklif edirik.

DARÇIN: Antioksidant mәnbәyi olan darçın, qandakı şəkəri salır və bu sayədə damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qandakı yağ nisbətini 26% nisbətində azaltdığı qeyd edilmişdir.  deyerler.org

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR