Azərbaycanda yol qəzası DƏHŞƏTİ: 6 ölü, 19 yaralı

Azərbaycanda yol qəzası DƏHŞƏTİ: 6 ölü, 19 yaralı
10:03 14 Yanvar 2017
382 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb.

Publika.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb.

Məlumata görə, Bakının Nərimanov rayonunda yol qəzasını dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib.

“Mercedes” markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb.

Nərimanov rayonunda baş verən digər hadisədə isə “Hyundai” markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb. (Apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/183690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR