Türk futbolunda "partlayış"

Türk futbolunda "partlayış"
16:56 6 Yanvar 2015
231 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən legioner limitinin aradan qaldırıldığını açıqlayıb. ANS PRESS-in məlumatına görə, 28 nəfərlik iştirak ərizəsində 14 legioner, 14 nəfər isə yerli futbolçu olacaq.

Bu 14 yerli futbolçunu 2-si akademiyadan, 4 nəfəri isə Türkiyə futbol mühitindən çıxmış olmalıdır. 14 nəfərlik heyətdə mövcud olacaq legionerlərin 11-i start heyətində meydana çıxa bilər.Oyunun 18 nəfərlik heyətində minimum 7 nəfər yerli futbolçu olmalıdır. Bütün komandalarda bir nəfər türk qapıçı mütləq olmalıdı. Xarici milli komandaları seçən türk oyunçular legioner statusunda sayılacaq.

Yeni qaydalara əsasən, TFF milli komandaya futbolçu göndərən klublara pul ödəyəcək. Klublar transfer etdiyi hər birinci legionerə görə, 40 min, ikinci üçün 60 min, üçüncü üçün 75 min, dördüncü və sonrakılar üçün 100 min lirə ödəyəcək.Yeni qərara görə, vergi, sığorta, oyunçulara olan borc, UEFA və ya FİFA-ya borcu olan klub əcnəbi futbolçu transfer edə bilməyəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR