Ərəb gözəli ilə evlənən Murad Yıldırımdan MİLYONLUQ LAYİHƏ

Ərəb gözəli ilə evlənən Murad Yıldırımdan MİLYONLUQ LAYİHƏ
10:58 14 Yanvar 2017
191 Şou
Ölkə mətbuatı
A- A+

“Kim Milyonçu Olmaq İstər?” verilişinin aparıcılığını etməyə hazırlaşan aktyorun alacağı məvacib məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ildir efirdə görünməyən aktyorun aylıq maaşı 150 min TL (təxminən 75 min manat) olacaq.

Xatırladaq ki, “Kim Milyonçu Olmaq İstər” verilişi Türkiyədə 2000-ci ildən etibarən yayımlanır. 14 il ərzində yarışmanın aparıcısı Kənan İşıq olub. Lakin Kənan İşıq 2014-cü ildə qəza nəticəsində beyin qanaması keçirib. Bundan sonra verilişi Zəfər Ergin, İlber Ortaylı, Halil Ergün, Behzat Uyğur, Haluk Bilginer kimi məşhurlar aparıb.

2014-ci ilin sentyabr ayından etibarən isə verilişin aparıcılığı Səlcuq Yöntemə həvalə olunub. Bu yaxınlarda Səlcuq Yöntem proqramdan ayrılacağını açıqlayıb. Onun yerinə Murad Yıldırım keçib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/183693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR