Türkiyədə PKK terrorçuları ilə atışmada 2 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyədə PKK terrorçuları ilə atışmada 2 hərbçi şəhid olub, 2-si yaralanıb
11:12 14 Yanvar 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Bitlis şəhərində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi şəhid olub, digər ikisi isə yaralanıb.
“Report”un “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Bitlis Şəhər Valiliyindən bildirilib.
Valilikdən qeyd olunub ki, atışma zamanı yaralanan iki hərbçinin həyatı üçün ciddi təhlükə yoxdur: “Hazırda bölgədə PKK-ya qarşı aparılan əməliyyat tədbirləri davam edir. Təhlükəsizlik qüvvələri insanların rahat şəkildə yaşaması üçün terrorçularla mübarizəsini qətiyyətlə davam etdirəcək”. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-bitlis-seherinde-atisma-olub-2-herbci-sehid-olub-2-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR