Ən ağır zədələrə rəğmən futbola dönməyi bacaran 10 futbolçu - FOTOSESSİYA

Ən ağır zədələrə rəğmən futbola dönməyi bacaran 10 futbolçu - FOTOSESSİYA
11:22 14 Yanvar 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

İdmanın sağlamlıq olduğunu deyirlər. Belə olan halda idmançıları dünyanın ən sağlam insanları hesab etmək olar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ancaq həmişə belə olmur.

Siyahımızda yer alan bu futbolçular çox ağır xəstəliklərə və zədələrə baxmayaraq, yaşıl meydanlara geri dönməyi bacardılar.
 
1. Karlos Teves

 
Karyerasında "Boka Xuniors", "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" kimi önəmli klubların formasını geyinmiş argentinalı futbolçunun üzündəki qabarcıqları heç diqqətinizi çəkibmi?
 
Qaynar suyun üstünə tökülməsi səbəbindən vücudunda 3-cü dərəcəli yanıq olan futbolçu 2 ay xəstəxanada qaldı. Çətin bir bərpa dövrünün ardından yenidən futbol həyatına davam etdi.
 
 
2. Erik Abidal
 
Fransız futbolçunun hekayəsini bilirsiz. 15 mart 2011-ci ildə o zamankı klubu "Barselona" Abidalın qara ciyərində şiş olduğunu və xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.
 
17 martda əməliyyat olan müdafiəçi 28 may 2011-ci ildə isə "Mançester Yunayted"lə oynanılan Çempionlar Liqası final matçında "Barselona"nın müdafiəsinin sol cinahında, öz yerində idi.
 
 
3. Petr Çex

 
Çexiyalı qapıçı 14 oktyabr 2006-cı ildə oynanılan "Çelsi" - "Ridinq" oyununun hələ 20-ci saniyəsində rəqib komandadan Stepen Hant ilə toqquşmuşdu. Kənardan yüngül toqquşma kimi görünsə də, yerindən qalxa bilməyən Çexə həkimlər müdaxilə etməli olmuşdular.
 
Beyin travması keçirən "qolkiper" kəllə sümüyü qırığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Demək olar ki, ölümdən dönən qapıçı haqqında bir daha futbol oynaya bilməyəcək kimi söhbətlər yayılsa da, 20 yanvar 2007-ci ildə "Liverpul" oyunu ilə yaşıl meydanlara geri qayıtdı.
 
Çex o gündən bəri məhz onun üçün xüsusi hazırlanan baş qoruyucusu ilə oynayır.
 
 
4. Antonio Kassano
 
 
İtaliyalı futbolçu 2011-ci ilin oktyabr ayında komanda ilə birlikdə Milana qayıdarkən təyyarədə danışma və hərəkət etməkdə çətinlik çəkməyə başlayıb. Noyabr ayında isə "Milan" klubu Kassanonun ağır ürək pozuntusu olan tac damar xəstəliyinə tutulduğunu açıqladı.
 
Əməliyyat edilən Antonio 25 aprel 2012-ci ildə "Cenoa" matçı ilə birlikdə futbola döndü.
 
 
5. Dieqo Buonanotte
 
 
"River Pleyt"in son dövrlərinin ən əsas oyunçularından biri olaraq göstərilən argentinalı futbolçu 2009-cu ildə atasına aid avtomobillə qəzaya uğradı. Maşındakı 3 dostu ölən oyunçu özü ağır yaralı halda xəstəxanaya aparıldı.
 
Əzilmiş maşından çox böyük çətinliklə çıxarılan futbolçu bir neşə ay müalicə aldıqdan sonra yenidən aktiv futbol oynamağa davam etdi.
 
 
6. Xonas Qutyerres
 
 
Xonas Qutyerres 16 sentyabr 2014-cü ildə testis xərçəngi olduğunu və kimyəvi müalicənin son mərhələsinə gəldiyini açıqladı. Həmin ay xəstəxanaya yerləşdirilən oyunçu noyabrda evə buraxıldı.
 
2015-ci ilin mart ayında isə "Mançester Yunayted" oyunu ilə meydana döndü.
 
 
7. İvan Klasniç
 
Xüsusilə də, "Verder Bremen"də oynadığı vaxtlar özündən söz etdirən keçmiş xorvatiyalı futbolçu 2007-ci ildə iki dəfə böyrək dəyişdirib. Buna baxmayaraq AÇ-2008-də milli komandasının heyətində çıxış etdi. Yenə də çox yorulan Klasniç 33 yaşında futbolla vidalaşdı.
 
 
8. Lionel Messi

 
Futbola 5 yaşında başlayan Messi 11 yaşında olanda ona böyümə hormonu əskikliyi diaqnozu qoyulub. Bu səbəbdən futbol həyatı təhlükəyə girən futbolçuya hətta oynaya bilməz də deyildi.
 
Sonrasını isə bilirsiz...
 
 
9. Robert Şlaynz
 
 
"Ştutqart" forması geyinmiş keçmiş alman futbolçu Robert Şlaynz şəkildə də göründüyü kimi sağ əlini itirib. Bir avtomobil qəzasında qolunu itirən oyunçu ikinci dünya müharibəsində də yaralanıb.
 
Ancaq bütün neqativlərə baxmayaraq, futboldan qopmadı və milli komandaya kimi yüksəldi.
 
 
10. Vaşinqton
 
Braziliya milli komandasında da oynamış Vaşinqton ölkəsindən xaricdə ilk dəfə "Fənərbağça"da oynayıb. 27 noyabr 2002-ci ildə miokard infarktı keçirib.
 
Mövsümün başa vuran oyunçuya həkimlər bir daha oynaya bilməz diaqnozu qoyunca müqaviləsi ləğv edildi. Bir il sonra "Atletiko Paraneanse" forması ilə meydana döndü və Braziliya liqasında bombardir oldu. Təkrar Braziliya millisinə dəvət alsa da, oynamaq imkanı olmadı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR