x
Loading...

ABŞ-ın yenilməzlik mifini Rusiya deyil, bu ölkə DAĞIDACAQ: Amerika üçün FƏLAKƏT YOLU

ABŞ-ın yenilməzlik mifini Rusiya deyil, bu ölkə DAĞIDACAQ: Amerika üçün FƏLAKƏT YOLU
11:38 14 Yanvar 2017
2165 Dünya
Ölkə mətbuatı
A- A+
.

“ABŞ Silahlı Qüvvələrinin məğlubedilməzliyi mifdir. Hər hansı kifayət qədər ağıllı və sərt rəqib ABŞ ordusunu hörmətdən sala bilər”.

Publika.az xəbər verir ki, bu proqnozla ABŞ-ın “The Week” jurnalı çıxış edib.

Nəşrin yazdığına görə, ABŞ ordusunun məğlubedilməzliyi haqqında mifi sıradan çıxarmaq kifayət qədər asandır.

“Fransa İkinci dünya müharibəsi zamanı nasistlərin müdaxiləsinə qədər məğlubedilməz hesab edilirdi. Analoji reputasiyanı qazanmış ABŞ da bir sıra mümkün problemlərə görə bu statusdan məhrum ola bilərlər”, - materialın müəllifi yazıb.

Birincisi, müəllif qeyd edir ki, ABŞ xeyli təyyarədaşıyan tiksə də, onların köməyi ilə hərbi əməliyyatların aparılmasının üsulu XX əsrin ortalarından dəyişməyib: “Halbuki texnologiyalar yerində dayanmır, daim inkişaf edir. Təyyarədaşıyanlar yaxın vaxtlara qədər ABŞ-ın hərbi sahədə üstünlüyünün göstəricisi idi. Çinin Tayvanı işğal etməsi ağılsızlıq görünərdi. Deyək ki, bu, baş verdi. Çin özünün gəmi əleyhinə ballistik raketləri ilə adaya yaxınlaşan ABŞ donanmasının yarısını batıra bilər”.

İkincisi, onun sözlərinə görə, Rusiya və Çin həm özlərinin şəxsi “beşinci nəsil” gözəgörünməz qırıcılarını hazırlaması baxımından, həm də Amerika hava gəmilərini tanımağa icazə verən texnologiyalar baxımından ABŞ-a çatır: “ABŞ Hərbi Hava Qüvvələri 1990-cı illərin əvvəlindən əsas diqqəti “stels” texnologiyalara (Stels texnologiyası hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikaları toplusudur – red.), həmçinin bu sahədə əsas rəqiblər üzərində üstünlük qazanmağa yönəldib.

Müəllif hesab edir ki, ABŞ ordusu eynilə 1940-cı ildə Fransa ordusu kimi dağıdıcı hücum qarşısında çox zəifdir. O, həmçinin Rusiya və Çində də vəziyyətin fərqli olmadığını düşünür.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR