x
Loading...

Prezidentin bacısı oğlu zirehli HƏRBİ MAŞIN SÜRDÜ - VİDEO

Prezidentin bacısı oğlu zirehli HƏRBİ MAŞIN SÜRDÜ - VİDEO
11:48 14 Yanvar 2017
1278 Digər
Ölkə mətbuatı
A- A+
.

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Jiraf Əliyev sosial şəbəkədə maraqlı video paylaşıb.

Publika.az xəbər verir ki, o, paylaşdığı videoda bildirib ki, dostları ilə birlikdə piyada döyüş maşını BMP-də gəzintiyə çıxıb.

Xatırladaq ki, Sevil Əliyevanın böyük oğlu Jiraf Əliyev idmanla məşğul olur. O, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində çıxış edib. Bu mötəbər yarışda Jiraf Əliyev 5-ci yeri tutub.

Qeyd edək ki, BMP piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Maşın “Kurqanmaşzavod” istehsalat birliyində buraxılır. Piyada döyüş maşını şəxsi heyəti qəlpə və atıcı silahlardan, üz hissəsi isə 30 mm-lik mərmilərdən qoruyur.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/183697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR