Teatr bəyanat yaydı: "Onun "gənc aktrisa" dediyi şəxs..."

Teatr bəyanat yaydı: "Onun "gənc aktrisa" dediyi şəxs..."
12:31 14 Yanvar 2017
56 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Opera və Balet Teatrı xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə bağlı bəyanat yayıb.

Axşam.az-ın məlumatına görə, teatrın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib ki, balet artistlərinin teatrdan kütləvi şəkildə getməsi yalandır:

“Xalq artisti Mədinə Əliyevanın Opera və Balet Teatrından işdən ayrılması səbəbi haqqında səsləndirdiyi həqiqətdən uzaq olan fikirlərlə tanış olarkən təəccübləndik. Çünki balet artistlərinin teatrı “kütləvi surətdə tərk etməsini” təsdiq etməyə heç bir əsas yoxdur. Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.

Həqiqətdə isə yüksək professionallığı ilə fərqlənən balet truppası tam tərkibdə fəaliyyətini davam etdirir və repertuar üzrə tamaşalara hazırlaşır. Kollektivdə ənənəvi olaraq işgüzar əhval-ruhiyyə hökm sürür.

Mədinə Əliyevanın özünün işdən ayrılmasının səbəbi isə onun “gənc aktrisa” adlandırdığı xalq artisti Kamilla Hüseynovanın balet truppasına bədii rəhbər vəzifəsinə təyin olunması ilə qəti surətdə razılaşmamasıdır”.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR