Braziliya qazandı, yığmamız yerində qaldı

Braziliya qazandı, yığmamız yerində qaldı
12:42 14 Yanvar 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən il açıqlanan reytinq siyahısı ilə müqayisədə ciddi dəyişiklik baş verməyib.

Planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalsa da, komandaların xal aktivində fərqlər diqqət çəkir. Rusiya və Portuqaliya xal itkisi ilə üzləşibsə, cədvəlin liderləri Braziliya, İspaniya, İtaliya, İran və Ukrayna aktivini zənginləşdirə bilib.
 
Azərbaycan millisinin isə xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də planetin 10-cusudur.
 
İlk "onluq"
1. Braziliya - 1916
2. İspaniya - 1893
3. Rusiya - 1755
4. Argentina - 1706
5. İtaliya - 1643
6. İran - 1608
7. Portuqaliya - 1575
8. Ukrayna - 1479
9. Qazaxıstan - 1465
10. Azərbaycan - 1435

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR