Türkiyə Silahlı Qüvvələri 2 mindən çox terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri 2 mindən çox terrorçu zərərsizləşdirib
12:52 14 Yanvar 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı başlayandan bu günədək Suriyanın şimalında 2085 terrorçunu zərərsizləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Məlumata görə, zərərsizləşdirilən terrorçulardan 1775 nəfəri İŞİD, 310 nəfəri isə PYD mənsubu olub.

Bundan başqa, Türkiyənin müttəfiqi Azad Suriya Ordusu ölkənin şimalında 226 yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib.

Ümumilikdə, 1870 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR