"Sumqayıt" Albaniya klubuna uduzdu

"Sumqayıt" Albaniya klubuna uduzdu
13:17 14 Yanvar 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" hazırlıq çərçivəsində ilk oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandamızın rəqibi Albaniyanın "Skenderbeu" klubu olub. Albaniya təmsilçisi ilə matçda Samir Abasovun rəhbərlik etdiyi komanda 1:3 hesabı ilə məğlub olub. Təmsilçimizin yeganə qolunu isə Mirabdulla Abbasov vurub. Xatırladaq ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha 2 matçda qüvvəsini sınayacaq. Yanvarın 16-da Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşacaq komandamız yanvarın 19-da Qazaxıstanın "Atırau"su ilə üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR