İstanbulu qana bulayan terrorçunun İranla bağlantısı ORTAYA ÇIXDI

İstanbulu qana bulayan terrorçunun İranla bağlantısı ORTAYA ÇIXDI
13:23 14 Yanvar 2017
938 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna hücum edən Özbəkistan əsilli Abdulqadir Maşaripov daha əvvəllər İranda 15 gün həbs cəzası alıb.

Publika.az xəbər verir ki, bu haqda “Hürriyyət” nəşri təhlükəsizlik güclərinə istinadən bildirib.

Məlumata görə, terrorçu əvvəlcə Özbəkistan İslam Hərəkatının üzvü olub. Lakin o, qarşısına çıxana “siz kafirsiniz” dediyi üçün təşkilatdan uzaqlaşdırılıb. Maşaripov 2015-ci ildə İranda 15 gün həbs cəzası çəkdikdən sonra sərbəst buraxılıb. Daha sonra Türkiyəyə qeyri-qanuni yollarla daxil olmağı bacarıb.

Abdulqadir Maşaripov 14 gündür axtarılır. Polis müxtəlif vilayətlərdə terrorçu ilə əlaqəsi olan 8 ayrı ünvanı müəyyənləşdirib. İstintaqın gedişatında 35 nəfər saxlanılıb. Maşaripovun bir cinayət koloniyası qurduğu ortaya çıxıb. Polis kamera görüntüləri və hadisə şahidlərinin ifadələrindən istifadə edərək terrorçunun qaçış yollarını müəyyən edib.

Qeyd edək ki, Abdulqadir Maşaripovun “Reina” gecə klubunu hücumu nəticəsində 39 nəfər ölüb, 65-i yaralanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR