Hindistanlı beynəlxalq qadın qrossmeyster: "Şahmat beyində sirkə bənzəyir"

Hindistanlı beynəlxalq qadın qrossmeyster: "Şahmat beyində sirkə bənzəyir"
13:42 14 Yanvar 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Zəka oyunu problem həll etmək deməkdir. Bu, hər şeyə müxtəlif perspektivlərdən baxmağa qadir olmaq deməkdir. Pazl oyunlarında da problem həllinin ən klassik formalarından biri şahmatdır. Şahmat problemi rəqabətə əsaslanaraq həll edir. Hər iki tərəfin eyni məqsədi olur: rəqibin şahını mat elan etmək və bunu etmək üçün də hər ikisinin eyni imkanları var. Bu, həyatımız boyunca istifadə etdiyimiz fikri cəmləşdirmə, tənqidi, mücərrəd düşüncə, problem həlletmə, təsvirin tanınması, strateji planlama, yaradıcılıq, təhlil, sintez və qiymətləndirmə kimi əqli bacarıqları inkişaf etdirən sonsuz zəka imkanların məşqidir. "Report" "Red Bull Azerbaijan"a istinadən hindistanlı şahmat ustası və qadın qrossmeyster Tanya Saçdevin şahmatın əqli bacarıqları necə inkişaf etdirməsi haqqında müsahibəsini təqdim edir.
Arayış: Tanya Saçdev beynəlxalq şahmat ustası və qadın qrossmeyster titulu qazanan hindli şahmatçıdır. Tanyanı 6 yaşında anası Anju şahmata yazdırıb. O, ilk dəfə 7 yaşında oyunda iştirak edib və 8 yaşında beynəlxalq titulunu qazanıb. Tanya Saçdev 2007-ci ildə İranda Asiya Qadınlar Çempionatının qalibi olub.
Şahmat oynayan zaman beyninizdə nə baş verir?
- Şahmatda fəaliyyət daxilidir. Bu, tamamilə zəka, psixologiya və sinirlə əlaqəlidir. Klassik şahmat oyunu 6 saata qədər davam edə bilər, ilk iki saatdan sonra diqqətini cəmləşdirmək və yaxşı oynamaq üçün dözümlülük zəkanın ən vacib şərtlərindən biridir. Bir səhv və "oyun bitir". Oyun zamanı bütün fikirinizi toplamaq və diqqətinizi yayındıracaq hərşeyi fikrinizdən kənar tutmaq ən böyük çətinliklərdən biridir. Siz şahmat taxtasına yaxınlaşıb oyuna başlayan zaman dünya yoxa çıxır! Bu bağlantını kəsmək üçün düyməni basmağa bənzəyir. Bəzən fikri cəmləşdirmək çox çətin olur və sonra siz diqqətinizi toplamaq üçün əlavə səy göstərməli olursunuz. Oyun zamanı fikriniz tez-tez dağılmaq istəyəcək və siz onu nəzarət altında saxlamağı bacarmalısınız.
Şahmat oynayan zaman necə mübarizə aparırsınız?
- Şahmat fiziki gücə deyil, daha yaxşı və sürətli hesablamaya, hiyləli ideyalara və gedişlərə, saatin səsi saniyələri göstərərkən əsəblərini nəzarət altında saxlamağa əsaslanır. Kənardan vəziyyət sakit və səssiz kimi görünür, lakin daxildə tamamilə əksinədir. "Bu, beyində sirkə bənzəyir". Oyunçu planlaşdırmalı və strategiya işlətməli, gedişləri əvvəlcədən hesablamalı, problemləri həll etməli, mübarizə aparmalı və daha pis mövqelərin qarşısını almalıdır. Bu, beyin döyüşünə bənzəyir. Beyin daima yeni maneələr üzərində düşünməli olur.
Şahmatçıların hamısında olması zəruri olan əsas bilik və bacarıqlar hansılardır?
- Yaxşı şahmatçı olmaq üçün müxtəlif bacarıqları inkişaf etdirməlisiniz. Buna da yalnız təcrübə və məşq yolu ilə nail olmaq olar. Yaddaş müasir şahmatın böyük bir aspektidir. Açılış hazırlıqlarını xatırlamaq, keçmiş oyunları, ideyaları və təsvirləri oyun zamanı yada salmaq ən vacib şərtlərdən biridir. Yaradıcılıq və məntiq vacibdir. Rəqibə qalib gəlmək üçün çətin yaradıcı ideyalar barədə düşünmək lazımdır, lakin şahmat həmçinin praqmatik və praktik olmağı tələb edir. Uzun və çətin üsulları axtararaq yerinə yetirməklə asan üsulları unutmamaq vacibdir. Məntiqlə fikirləşin və siz uğurlu gedişlər etməyin yolunu tapa bilərsiniz. Həmçinin, güclü vizual mənanın olması da vacibdir.
Gündəlik həyatınız üçün şahmat sizə hansı bacarıqları öyrədir?
- Şahmat zəka üçün böyük məşqdir. Ümumiyyətlə, şahmat həyat üçün faydalı olan bir çox bacarıqları inkişaf etdirir. Qərar qəbul etmək və məntiqi nəticə çıxartmaq bacarığını, həmçinin diqqətini cəmləmək və yaddaş kimi qabiliyyətləri inkişaf etdirir. Ümumilikdə idman növləri sizi döyüşçü edir, şahmat isə bacarıqlı olmağı öyrədir.

Şahmat oynamaq üçün zəruri olan bacarıqlarınızı necə inkişaf etdirə bilirsiniz?
- Təlim və davamlı olaraq bu oyun üzərində işləmək şahmat oynamaq üçün bacarıqlarının inkişafı üçün yeganə yoldur. Yarış təcrübəsi, səhvlərin təhlili, qrossmeysterlərin oyunlarının öyrənilməsi və hesablama bacarıqları üzərində işləmək daha yaxşı oynamağınıza səbəb olacaq. Şahmat təlimi ilə yanaşı, həmçinin yaxşı fiziki formada olmaq vacibdir. Oyun zamanı uzun müddət beynin əla işləməsi üçün bədən formada olmalıdır. Dözümlülük böyük rol oynayır. Çünki ən böyük səhvlər oyunun son mərhələlərində baş verir. İdmanla məşğul olmaq sizin oyun təliminizin bir hissəsi olmalıdır, şəxsən yoqa mənim üçün işə yarayır.
Gənc yaşdan əqli bacarıqların inkişafına təkan vermək üçün məktəblər necə kömək edə bilərlər?
- Məktəb və universitet illəri bizim düşüncə prosesimizin, dünyagörüşümüzün və ümumiyyətlə, şəxsiyyətimizin inkişafında çox böyük rol oynayır. Zəkamızı gənc yaşlarımızdan məşq etdirə bilsək əla olardı. Bu, yalnız dərsliklərlə mümkün deyil. Təhsil sistemi bunu reallaşdırır və yavaş-yavaş inkişaf edir. Şahmat kimi oyunlar zəkanı inkişaf etdirmək üçün böyük vasitədir. Hətta peşəkar səviyyədə qəbul olunmasa da, bir çox müxtəlif bacarıqları inkişaf etdirir. Dünyanın bütün məktəbləri şahmatı tədris planının bir hissəsi kimi qəbul edirlər.
Xatırladaq ki, "Red Bull Mind Gamers" intellektual yarışması davam edir. Onlayn seçim mərhələsinə http://win.gs/mgaze linkinə daxil olmaqla qoşulmaq mümkündür. "Report" İnformasiya Agentliyi "Red Bull Mind Gamers" intellektual yarışmasının əsas media tərəfdaşıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sahmat-beyinde-sirke-benzeyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR