Ramil Şeydayev "Neftçi"yə keçməməsinin səbəbini açıqladı

Ramil Şeydayev "Neftçi"yə keçməməsinin səbəbini açıqladı
13:42 14 Yanvar 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Azərbaycan millisinin və Türkiyənin "Trabzsonpor" klubunun hücumçusu Ramil Şeydayev "qafqazinfo"ya müsahibə verib.

- "Trabzonspor"da oynamaq şansı qazanmırsınız. Bunun səbəbi nədir?

- Oynayıb-oynamamağımla bağlı qərar baş məşqçiyə aiddir. Niyə heyətə salmır və ya salır səbəbini bilmirəm. Gələcəkdə də şans verəcəyi ilə bağlı sualı ona versəniz, yaxşı olar.

- Son günlərdə adınız Türkiyənin "Samsunspor" və Çexiyanın "Yablonets" klubları ilə hallanır...

- Bu məlumatlar doğru deyil. Çünki nə "Samsunspor"dan, nə də "Yablonets"dən təklif almışam. Siz də görürsünüz ki, "Trabzonspor"da məşq edirəm. Komandamla birlikdəyəm. Nə olacağını da görəcəyik.

- Ərsun Yanalla münasibətləriniz necədir? Hazırda çətin vəziyyətdə olan "Trabzonspor"a kömək edəcək durumdasız. Amma o sizə güvənmir...

- Ərsun Yanalla münasibətlərimdə heç bir problem yoxdur. Onunla yaxşı münasibətim var. Yanal bizim məşqçimizdir və heyəti o müəyyənləşdirir. Kimi meydana buraxmasına da hörmətlə yanaşmaq lazımdır. Mən burada öz şansımı gözləyirəm.

- "Neftçi" sizi transfer etmək istəsə də, bu keçid baş tutmadı. Danışıqlarda razılığa gəlmədiniz?

- Məsələ odur ki, mən Avropada qalmaq istəyirəm. Buna görə də Avropa klubları ilə danışıqlar aparıram. Nə baş verəcəyini siz də görəcəksiniz...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR