ABŞ Astanada keçiriləcək Suriya danışıqlarına rəsmi dəvət almayıb

ABŞ Astanada keçiriləcək Suriya danışıqlarına rəsmi dəvət almayıb
14:37 14 Yanvar 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Türkiyə və Rusiyanın Astanada Suriya ilə bağlı təşkil etdiyi danışıqlara rəsmi dəvət almayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib.
 
"Dövlət katibimiz rusiyalı və türkiyəli həmkarları ilə əlaqə  saxlayaraq Suriya məsələsini müzakirə edir. Əlbəttə ki, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik", - deyə o vurğulayıb. 
 
Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya  rəsmləri Moskvada bir araya gəlib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR