Əməkdar artist əməliyyatdan imtina etdi

Əməkdar artist əməliyyatdan imtina etdi
16:57 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Musiqili Komediya Teatrının aparıcı aktrisası, əməkdar artist Gülnar Salmanova əməliyyata girməkdən imtina edib. O, bu haqda Milli.Az-a danışıb:

“Bu gün əməliyyat olunmağım üçün xəstəxanaya gəldim. Amma həkimlər məni müayinədən keçirib, əməliyyata ehtiyac olmadığını bildirdilər. Onlar damarın normal olduğunu əsas səbəb göstərdilər. Sadəcə, onu bildirdilər ki, boynumda olan damarları tənzimləyən şlank dəyişilməlidir. Sabah yenidən müayinəyə gedəcəyəm” - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisanın bu gün əməliyyat olunacağı bildirilmişdi.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR