Qol vurdu, diz çökdü, evlilik təklifi etdi, hakim cəzalandırdı - VİDEO

Qol vurdu, diz çökdü, evlilik təklifi etdi, hakim cəzalandırdı -   VİDEO
15:27 14 Yanvar 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Quam çempionatında maraqlı hadisə yaşanıb. “NAPA Rovers” klubunun hücumçusu Eşton Surber qol vurduqdan sonra sevgilisinə evlilik təklifi edib. 


Matçın 35-ci dəqiqəsində fantastik akrobatik zərbə ilə topu doqquzluğa vurub. Qoldan sonra futbolçu formasını çıxardaraq tribunadan matçı izləyən sevgilisinə diz çökərək evlilik təklifi edib. Oyunun baş hakimi qaydalara əsasən futbolçuya sarı kart verərək xəbərdarlıq edib. Sevgilisindən “hə” cavabı alan futbolçunu hakimin xəbərdarlığı məyus etməyib. 


Qeyd edək ki, matç 5-1 hesabı ilə bitib. “NAPA Rovers” klubu “Quam Şipyard” klubunu məğlub edib. (İstiPress)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qol-vurdu-diz-cokdu-evlilik-tklifi-etdi-hakim-czalandrd-t55564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR