Nazir iki polkovnik-leytenantı işdən azad elədi

Nazir iki polkovnik-leytenantı işdən azad elədi
15:52 14 Yanvar 2017
236 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarına kadr dəyişikliyi olub. 

Milli.Az report.az-a istinadən bildirir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər. 
Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nəromanov RPİ-nın rəisi təyin edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR