Konte dözə bilmədi: "“Rədd ol Çinə!”

Konte dözə bilmədi:  "“Rədd ol Çinə!”
16:27 14 Yanvar 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

“Çelsi”nin baş məşqçisi Antonio Konteylə sözügedən klubun forvardı Dieqo Kosta arasındakı insidentin təfərrüatları bəlli olub.  Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, Kosta məşqlərin birində fiziki təmrinlər üzrə məşqçilərlə mübahisə edib. Konte isə mübahisəyə müdaxilə edərək, braziliyalıya “əşyalarını yığ, rədd ol Çinə” deyib. 


Hücumçunun bu gün İngiltərə Premyer Liqası çərçivəsində baş tutacaq matçda meydana çıxmayacağı dəqiqdi. Konte forvardın adını “Lester”lə görüşün iştirak ərizəsinə salmayıb.

 

Xatırladaq ki, britaniyalı jurnalistlər daha öncə İspaniya millisinin cənubi amerikalı forvardının Çindən sərfəli təklif aldığını yazmışdı.  “Tyantszin Tsyuntszyan” klubunun Dieqoya ildə 30 milyon avro maaş verməyə hazır olduğu vurğulanmışdı. Bu həmin klubdu ki, Kostadan əvvəl Belçika millisinin yarımmüdafiəçisi Aksel Vitseli heyətinə qatıb.

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-konte-doz-bilmdi-t55566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR