Ananın intiharı - HEKAYƏ

Ananın intiharı - HEKAYƏ
18:52 14 Yanvar 2017
146 Digər
Ölkə mətbuatı
A- A+

Gülarə xanım oğlu Cavadı çətinliklə, əzab-əziyyətlə böyütmüşdü. Evliliyinin üçüncü ilində - Cavadın iki yaşı olarkən ərini itirsə də, ikinci dəfə ailə həyatı qurmamış və gəncliyini mərhum ərinin yadigarı olan Cavada həsr etmişdi. O, oğluna yetimliyi hiss etdirməmişdi. Oğlunu kənddəki orta məktəbdə xadimə işləyərək böyütmüşdü. Ancaq bütün bunlara rəğmən Cavad anasının istəklərinin, məsləhətlərinin əksinə çıxırdı. İyirmi beş yaşına çatanda avaraçılıq etməklə ad çıxarmışdı. Ən dəhşətlisi o idi ki, narkotikə aludə olmuşdu. Anası nə qədər çalışsa da, oğlunu bu pis vərdişdən uzaqlaşdıra bilmirdi:

- Ay bala, bu zəhrimardan uzaq dur! Ondan heç kəs xeyir tapmayıb ziyandan başqa. İndi sənin ailə quran, sevib-sevilən vaxtındır. Nə özünü, nə də məni bədbəxt eləmə, oğul. Anana yazığın gəlsin. Atanın ruhu da narahatdır...

Gülarə xanım hər gün oğlu Cavada öyüd-nəsihət verir, onu pis vərdişlərdən uzaqlaşdırmaq istəyirdi. Ancaq naxələf övlad yenə də öz əməllərini davam etdirirdi. Hətta öz hərəkətlərinə haqq da qazandırırdı:

- Ana,  mən nəşə çəkməsəm, ölərəm. Mənim işlərimə qarışma. Məni böyütmüsən deyə, sənin göstərişlərinlə oturub-duran deyiləm. İmkan ver, öz həyatımı yaşayım.
 

***

Günlər ötür, aylar bir-birini əvəz edirdi. Cavad yenə də narkotikdən istifadə edir, evə sərxoş gəlir və anası ilə dalaşırdı. Hətta anasına əl qaldırmaqdan da çəkinmirdi. İçki, narkotik onun beynini qurutmuş, insanlıqdan çıxarmışdı. Kəndin narkoman cavanlarının təsiri altına düşən Cavad öz ömrünü puç etmişdi. Taleyi əzəldən qara gələn zavallı ana isə artıq öğlunun hərəkətlərindən, əməllərindən bezmişdi.
   ... Və bəxtsiz ana bir gün özünü öldürmək qərarına gəldi. Oğlunun taleyi onu ölümə vadar etdi. Gülarə xanım zəhər içərək intihar etdi. Bu acı xəbəri Cavada qonşuları xəbər verdilər. Cavad peşman olub, vicdan əzabı şəksə də, artıq gec idi. Öz doğma anasını, onu min bir əzabla böyüdən valideynini içkiyə, narkotikə qurban verən Cavad nə qədər peşman olsa da, göz yaşı axıtsa da, canına qıymış ananı qaytarmaq mümkün deyildi...      

Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/nightread/507716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR