İngiltərə çempionatı: “Tottenhem” “Vest Bromviçi” darmadağın edib

İngiltərə çempionatı: “Tottenhem” “Vest Bromviçi” darmadağın edib
19:07 14 Yanvar 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "Tottenhem" futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində evdə "Vest Bromviç" üzərində 4:0 hesablı qələbə qazanıb.
“Report” xəbər verir ki, qalib komandanın heyətində Harri Keyn (12, 77, 82-ci dəqiqələr) və Kristian Eriksen (26) fərqlənib.
Bu, "Tottenhem"in ölkə birinciliyində qazandığı ardıcıl 6-cı qələbəsidir. Komanda turnir cədvəlində 45 xalla ikinci yeri tutur. "Vest Bromviç" 29 xal ilə 8-cidir.
Növbəti tur "Tottenhem" səfərdə "Mançester Siti", "Vest Bromviç" isə evdə "Sanderlend"lə qarşılaşacaq. Hər iki görüş yanvarın 21-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-cempionati-tottenhem-vest-bromvici-darmadagin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR