Zökəm və onun müalicəsində xalq təbabəti üsulları

Zökəm və onun müalicəsində xalq təbabəti üsulları
22:12 14 Yanvar 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Zökəm - burnun selikli gişasının kəskin və ya xroniki iltihabıdır. Onun törədicisi əsasən mikroblar və viruslardır. Zökəm asqırma, burnun tutulması, selikli qişanın quruması və qıcıqlanması əlamətləri ilə başlayır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, nadir hallarda hərarət yüksəlir, çox zaman baş ağrısı və ümumi halsızlıq olur. Əsas simptom - burundan ifrazatın axması və tənəffüsün çətinləşməsidir. Aşağıdakı xalq təbabəti üsulları məsləhət görülür:
- zökəmin başlanğıcında kalanxoe yarpağının şirəsi yaxşı kömək edir. Burnun selikli qişası gündə 2-3 dəfə təzə yarpagın şirəsi ilə silinir.
- baş soğanın şirəsi ilə isladıimış pambıq gündə 3 dəfə 10 dəqiqə hər iki burun dəliyinə qoyulur.
- 3 xörək qaşığı xırdalanmış soğanın üzərinə 50 ml ilıq su tökülür və yarım çay qaşığı bal əlavə edilir. 30 dəqiqə saxladıqdan sonra damcı ilə burun dəliklərinə tökülür.
- təzə yerkökü şirəsi bitki yağı ilə 1:1 nisbətində qarışdırılır, üzərinə bir neçə damcı sarımsaq şirəsi əlavə olunur. Gündə bir neçə dəfə damcı ilə buruna tökülür. Müalicə müddəti 3-5 gündür.
- qırmızı çuğundurun 100 ml təzə hazırlanmış şirəsinə 1 xörək qaşığı bal əlavə olunur və qarışdırılır. 3-5 gün ərzində gündə 5 dəfə hər burun dəliyinə 5 damcı damızdırılır.
- zökəm zamanı buruna gün ərzində 3 dəfə 5 damcıdan çaytikanı yağı, aloe şirəsi və ya itburnu yağı damcılatmaq olar.
- yatmazdan qabaq 1 xörək qaşığı çay sodası 3 litr qaynayan suda həll edildikdən sonra onun isti buxarı ilə nəfəs alınır. Hər 2-3 dəqiqədən bir, 1 çay qaşığı soda əlavə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR