Kim yaxşı iş görsə - öz xeyrinədir

Kim yaxşı iş görsə - öz xeyrinədir
22:17 14 Yanvar 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu dünyanın dəyişilməz qanunudur ki, hər kim bir başqası ilə necə rəftar edərsə, həmin rəftar onun özünə qayıdar, sanki özü ilə həmin rəftarı etmişdir. Divarın kölgəsinə bənzəyir ki, yavaş-yavaş divarın özünə yaxınlaşar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim buyurur: "Halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər". ("Bəqərə" 9).
Başqa yerdə buyurulur: "Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir". ("İsra" 7).
"Kim yaxşı iş görsə - öz xeyrinədir və kim pis iş görsə - öz ziyanınadır". ("Fussilət" 46).
"Kim yaxşı iş görsə - öz xeyirinədir və kim pis iş görsə - öz ziyanınadır". ("Casiyə" 15).
Hər bir insanın və cəmiyyətin rəftarı varlıq aləminə təsir qoyar.
İmam Əli (ə) buyurur: "Sən əgər yaxşılıq etsən, özünü əziz tutarsan, özünə yaxşılıq edərsən. Əgər pislik etsən, özünü xar edərsən və özünə ziyan vurarsan". (Erfan)
"İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar". ("Rum" 41).
Din alimlərindən biri nəql edir ki, yuxuda gördüm ki, düşməninim boğazından tutub sıxıram. Yuxunun şiddətindən ayıldım və gördüm ki, əlim öz boğazımı sıxmaqdadır. Başa düşdüm ki, mənim ən böyük düşmənim - nəfsimdir. Bu yuxu mənə demək istəyir ki, əgər başqalarına pislik etmək istəyirsənsə, bil ki, həmin pisliyi özünə edərsən.
Beləliklə deyə bilərik ki, əgər insan bu həqiqəti başa düşsə ki, insan yaxşılıq etmək üçün xəlq olmuşdur, çünki fitrəti paklığı və gözəlliyi qəbul edir, pisliyə nifrət edir - bu zaman pisliklərdən çəkinər. Başa düşər ki, başqalarına etdiyi pislik əslində özünə edilmiş pislikdir. Həmin pis əməl bir gün onun özünə geri qayıdacaqdır. Bu pis əməl başqalarından çox onun özünə ziyan vuracaqdır.
Bu dünya uca bir dağa bənzəyir və hər kim bu dağda bir səs versə, əks-sədası mütləq onun özünə tərəf qayıdacaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR