Bakıda kafedə yanğın: 3 yaralı

Bakıda kafedə yanğın: 3 yaralı
22:32 14 Yanvar 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 m2 olan kafedə yanğın baş verib.

Yanğın nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 m2 sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9 m2 sahədə əriyib.

Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR