x
Loading...
.

Qilincoynatma üzrə Azərbaycan birinciliyi keçirilib - FOTO

Qilincoynatma üzrə Azərbaycan birinciliyi keçirilib - FOTO
22:42 14 Yanvar 2017
55 İdman
Ölkə mətbuatı
A- A+
.

Yanvarın 14-də Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə gənclər arasında sablya üzrə ölkə birinciliyi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışın açılış mərasimində Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yusif Hüseynov turnirin əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə oğlanların yarışında 12 nəfər mübarizə aparıb. Yekunda Xalid Əsədov qalib gələrək birinci yeri tutub.

On bir idmançının gücünü sınadığı qızların yarışında isə Fatimə İbrahimova rəqiblərinə qalib gələrək çempion olub.

Qaliblər Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və mükafatla təltif edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR