x
Loading...

110 miqrantın olduğu gəmi batdı

110 miqrantın olduğu gəmi batdı
07:38 15 Yanvar 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+
.

Liviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi çevrilib, çoxsaylı axtarışlardan sonra yalnız 4 nəfər xilas edilib.

“Report” xəbər verir ki, bu barədə bazar günü Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomoya istinadən “Associated Press” məlumat yayıb.

Qeyd olunur ki, hadisə Liviya sahillərindən təqribən 50 km. aralıda baş verib. İlkin məlumatlara görə, gəminin göyərtəsində 110 nəfər olub.

Xilasedicilər sudan 8 nəfərin meyitini çıxara biliblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR