Merkel Trampa xəbərdarlıq edəcək

Merkel Trampa xəbərdarlıq edəcək
11:05 15 Yanvar 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya baş naziri Angela Merkel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla gələcəkdə keçirəcəyi görüşdə iqtisadiyyatda proteksionizm siyasətinin təhlükəsi barədə müzakirə aparmağı planlaşdırır.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, A.Merkel bunu dünən Xristian-Demokrat Partiyasının rəhbərliyinin qapalı iclasında bəyan edib.

D.Tramp seçkiqabağı kampaniyası zamanı çıxışlarında sərfəli olmayan beynəlxalq ticarətdə dair müqavilələri ləğv edəcəyini, Çin və Meksikadan idxalı məhdudlaşdıracağını bəyan edib. A.Merkel isə hesab edir ki, beynəlxalq əməkdaşlıq hər kəsin öz problemini təkbaşına həll etməkdən daha yaxşıdır. Baş nazir  2008-ci ildəki maliyyə böhranının da beynəlxalq əməkdaşlığın zəruri olduğunu sübut etdiyini vurğulayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR