Tailandda fəlakət: 41 nəfər öldü

Tailandda fəlakət: 41 nəfər öldü
11:47 15 Yanvar 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandın cənubunda musson yağışların yol açdığı təbii fəlakət nəticəsində 41 nəfər həyatını itirib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tailand Fövqəladə Halların Ləğvi üzrə Departament məlumat yayıb.

Xəsarət alan 9 nəfərdən 6 nəfərin durumu yaxşılaşır, su basan regionlarda su səviyyəsi aşağı düşür. Son iki həftə ərzində uçuş-eniş xətlərini su basması nəticəsində fəaliyyətini dayandırmış Nakxonsitxammarat əyalətindəki aeroport da fəaliyyətini bərpa edib.

Bununla belə, sinoptiklər 16-20 yanvar tarixlərində yeni musson yağışlar proqnozlaşdırır. Yağışlar turistlər arasında məşhur olan Pxuket adası və Krabi əyalətində daha intensiv olacaq. Meteoroloqlar subasma barədə xəbərdarlıq ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR