Şəhidimiz Astaranın Şahağacı kəndində dəfn olunacaq

Şəhidimiz Astaranın Şahağacı kəndində dəfn olunacaq
13:33 15 Yanvar 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/183793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR