Malayziyada İŞİD-lə əlaqədə olan 6 nəfər həbs edilib

Malayziyada İŞİD-lə əlaqədə olan 6 nəfər həbs edilib
14:12 15 Yanvar 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Malayziyada İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat ölkənin şimal-qərbindəki Pasir-Mas şəhərində aparılıb. Saxlanılanlar 30-40 yaşlı şəxslərdir.
"Söhbət onların İŞİD-lə əlaqəsindən gedir. Biz daha sonra bu şəxslərin ölkə üçün təhlükəli olub-olmamaları barədə də təhqiqat aparacağıq" – deyə polis rəsmisi bildirib.
Polis saxlanılanların mənzillərində partladıcı maddələr üçün materiallar aşkar edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/malayziyada-i-si-d-le-elaqede-olan-6-nefer-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR