Azərbaycan və Çexiya memorandum imzalayacaq - Enerji sahəsində qarşılıqlı anlaşmaya dair

Azərbaycan və Çexiya memorandum imzalayacaq - Enerji sahəsində qarşılıqlı anlaşmaya dair
15:08 15 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Çexiyaya iri neft tədarükçülərindən biri olan Azərbaycan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Publika.az xəbər verir ki, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu barədə Trend-ə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Çexiya arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum hazırlanır.

Səfir deyib: "Bu memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradacaq".

Diplomat bildirib ki, memorandumun layihəsi üzərində iş bitdikdən sonra sənəd Azərbaycanın energetika naziri Natiq Əliyevin Praqaya səfəri çərçivəsində imzalanacaq. Səfərin bu il baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrək Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2016 ilin yanvar-noyabr aylarında 312,02 milyon dollar təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/183804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR