İspaniya sahillərində 5 miqrantın cəsədi tapıldı

İspaniya sahillərində 5 miqrantın cəsədi tapıldı
17:17 15 Yanvar 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın cənub səhillərində 5 miqrantın cəsədi tapılıb.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, cəsədlər Tarifa şəhərinin yaxınlığında suda və sahildə tapılıb.

Miqrantların ölümünün səbəbi məlum deyil.

"Əgər biz sağ qalan tapmasaq, nə baş verdiyini bilmiyəcəyik", - polis nümayəndəsi deyib.

Qeyd edək ki, bu ay Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirib ki, 2016-cı ildə 5 mindən çox miqrant Avropaya düşmək üçün Aralıq Dənizini keçməyə cəhd edərkən suda batıb ölüb, 363 min nəfər isə Avropaya keçə bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR