Kəskin hava şəraiti Ukraynada yol qəzalarına səbəb olub: 9 ölü, 66 yaralı

Kəskin hava şəraiti Ukraynada yol qəzalarına səbəb olub: 9 ölü, 66 yaralı
17:27 15 Yanvar 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

15 yanvar. REPORT.AZ/ Ukraynada bir neçə gündür davam edən kəskin hava şəraiti yol qəzalarına səbəb olub.
"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təkcə son 24 saat ərzində Ukraynanın ayrı-ayrı ərazilərində baş vermiş yol qəzaları nəticəsində 9 nəfər ölüb, 66 nəfər yaralanıb. Polisin məlumatında qeyd edilir ki, əlverişsiz hava şəraiti avtomobil qəzalarının çoxalmasına yol açıb.
Xüsusən Zakarpetye, İvanovo-Frankovsk, Lvov, Volınsk və Luqanskda yol qəzaları çoxalıb. Daha beş vilayətdə də yol qəzaları ilə bağlı gərginlik mövcuddur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/keskin-hava-seraiti-ukraynada-yol-qezalarina-sebeb-olub-9-olu-66-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR