Özbəkistanda dörd azad iqtisadi zona yaradılacaq

Özbəkistanda dörd azad iqtisadi zona yaradılacaq
18:27 15 Yanvar 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Buxara, Səmərqənd, Fərqanə və Xarəzm vilayətlərində azad iqtisadi zonalar yaradılması haqqında fərman imzalayıb.

Milli.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sənəddə bildirilir ki, "Qyjduvan", "Urqut", "Kokand" və Xazrasp" adlandırılan bu zonalar 30 il müddətinə yaradılır. Azad iqtisadi zonalarda 30 il ərzində xüsusi vergi və gömrük güzəştləri olacaq, bu məkanlarda loqistik mərkəzlər və gömrük postları yaradılacaq.

Qoyulan sərmayənin həcmindən asılı olaraq, iştirakçı tərəflərə 3 ildən 10 ilədək imtiyazlar da veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR