Kia-dan yeni Picanto - FOTO

Kia-dan yeni Picanto - FOTO
19:12 15 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Kia şirkəti gələcək nəsil Picanto modeli barədə təsəvvür yaradan ilk tizerləri nəşr edib. Yeniliyin təqdimatı 2017-ci ilin əvvəllərində keçiriləcək. Güman edildiyi kimi, növbəti Picanto-nu dördüncü nəsil hetçbək Rio üslubunda düzəldəcəklər. Kompakt-kar sələfindən nazir radiator barmaqlığı, fərqli optikası, yeni bamperləri və böyüdülmüş boruları olan idmançı görünüşü ilə seçiləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, Picanto-nun interyerinu yeni Rio kimi düzəldəcəklər. Salonda yeni çoxfunksiyalı sükan, cihazlar panelində əlavə informasiya ekranı, multimedia sistemi üçün yeni böyük sensorlu displey peyda olacaq.

Mühərrik qammasına 3-silindrli, 1-litrlik mühərrik, o cümlədən atmosferli aqreqat daxil ediləcək.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/505405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR