x
Loading...
.

Şəhid Fikrət Bəşirov dəfn edilib – FOTOLAR

Şəhid Fikrət Bəşirov dəfn edilib – FOTOLAR
19:18 15 Yanvar 2017
335 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib.

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlunun Astara rayonunun Şahağacı kəndində dəfn mərasimi başlayıb.

Publika.az Report-a istinadən xəbər verir ki, şəhidin tabutu bir neçə saat əvvəl Şahağacı kəndindəki evlərinə gətirilib.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/183820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR