"Trampın təklifi təxribatdır" - Fransa XİN

"Trampın təklifi təxribatdır" - Fransa XİN
19:57 15 Yanvar 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə dair təklifi ciddi fəsadlar törədə biləcək təxribatdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransa televiziyasına istinadən "Reuters" məlumat yayıb.
"Əlbəttə (bu təxribatdır). Düşünürəm ki, o bunu edə bilməyəcək", - deyə XİN rəhbəri "France-3" telekanalının efirində bildirib.
Nazir bunun "son dərəcə ciddi fəsadlara" gətirib çıxaracağına əminliyini ifadə edib.
Eyro qeyd edib ki, Amerika səfirliyinin Qüdsə köçürülməsi planı dəfələrlə ABŞ prezidentlərinin gündəliyində durub, lakin onlardan heç biri "belə bir qərar qəbul etməyi özünə rəva bilməyib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/507945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR