Türkiyəli müğənni Aleyna Tilkinin yeni il gecəsi Bakıda verdiyi konsertdən qazandığı gəlir məlum olub.
Axşam.az-ın “Sözcü"yə istinadən məlumatına görə, 16 yaşlı ifaçı paytaxtda baş tutan konsertdə bir saatlıq çıxışına görə 50 min türk lirəsi (təxminən 25 min AZN) əldə edib.
“Cevabsız çınlama” mahnısı ilə 2016-cı ildə Türkiyənin gündəminə düşən Aleyna son 5 ay ərzində qazandığı pulla valideynlərinə İstanbulda 750 min türk lirəsi (təxminən 355 min AZN) dəyərində ev alıb. O, evi anasının adına yazdırıb.