x
Loading...
.

"Neftçi" 4 qol "yedi", yenə uduzdu

"Neftçi" 4 qol "yedi", yenə uduzdu
20:37 15 Yanvar 2017
52 İdman
Ölkə mətbuatı
A- A+
.

Mövsümün qalan bölümünə Türkiyədə hazırlaşan “Neftçi” növbəti sınaq matçını keçirib. Fanat.Az xəbər verir ki, bakılılar Albaniya “Kukesi”siylə qarşılaşıb.

Albaniya Super Liqasının lideri təmsilçimizi 4:2 hesabıyla üstələyib . "Neftçi"nin qollarını yeni transfer Zdenek Folprext və Cavid İmamverdiyev vurub. Ruslan Abışovun kapitan sarğısıyla oynadığı matçda start heyəti aşağıdakı kimi olub:

 

33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K), 29.Georgi Navalovski, 87.Kirilo Petrov, 80.Edson Kastilyo, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 9.Namiq Ələsgərov, 10.Cavid İmamverdiyev.

 

 "Neftçi” daha öncə hazırlıq çərçivəsində Türkiyənin "Sivasspor” klubuyla heç-heçə oynamış (0:0), ardından Özbəkistan “Nasaf”ına uduzmuşdu (0:1).

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-4-qol-quotyediquot-yen-uduzdu-t55587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR