Uşağınızda qızdırma və qusma varsa...

Uşağınızda qızdırma və qusma varsa...
20:47 15 Yanvar 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Havaların soyuqlaması ilə birlikdə bir çox xəstəliklərin, infeksiyaların və virusların yayılması daha da asanlaşır. İnsanlar bu viruslara tutulduqdan sonra uzun müddət sağala bilmirlər və halsız olurlar. Xüsusilə uşaqlar bu viruslara daha tez tutulur və gec sağalırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, son illərdə tez-tez görülən rota virusu həmin viruslardan biridir və uşaqların sağlamlığına təhlükə yaradır.
 
Uşaq rota virusuna yoluxandan 1 və ya 7 gün sonra əlamətləri görünә bilər. Əlamətlər sırasında qızdırma və qusma olur. Uşağın temperaturu 40 dərəcəyə qədər qalxa bilər. Qusma isə intensiv olaraq davam edir və miqdarı çox olur. Bu da uşağı susuz qoyur.
 
Daha sonra isə, ishal başlayır. Mütəxəssislər xəstəliyin müalicəsi üçün bir sıra təkliflər irəli sürüblər. Rota virus xəstəliyində sistem qoymaq olduqca təsirlidir. Əlavə olaraq su, alma suyu, ayran kimi qidalarla da maye itkisini aradan qaldırmağa çalışırlar. Bu xəstəliyin müalicəsində antibiotik verilməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR