Ən böyük dil xətaları: Nə dediyinin fərqindəsənmi?

Ən böyük dil xətaları: Nə dediyinin fərqindəsənmi?
21:37 15 Yanvar 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bizim düşüncəmizdəki Allah anlayışı Qurandakı Allah anlayışı ilə bir çox məqamlarda uyğun gəlmir, bəzən də ziddiyyət təşkil edir. Bu mövzuda bazi xətalı örnəkləri nəzərdən keçirək və onları dilimizdən də, düşüncələrimizdən də silməyə çalışaq.

- Quranda Allah-Təalanın cinsiyyəti haqda heç bir bilgi verilməyib. Bizdə isə bəziləri əsəbiləşəndə "səni o kişiyə tapşırıram" deyir. Bu, günahdır.

- Küfr dolu belə bir söz var ki, onu atalar sözü kimi təqdim edirlər: "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma". Bu söz o qədər bərbad bir düşüncənin təzahürüdür ki, haqqında danışmaq belə istəmirik.

- "Yoxdan Allah da bezardır". Bu söz küfrün, günahın özüdür ki, var. Çünki Allah-Təala istədiyini istədiyi qədər yoxdan var edə bilir. Burada isə Allah-Təalanın olmayan şeydən gileyləndiyi danışılır. Adam bu mövzuda danışmağa belə qorxur.

- Birisi xətasını etiraf edəndə belə deyir: "Allah ağlımı aldı, mən də bu işi elədim". Eləsinə demək lazımdır ki, ay filankəs, Allah-Təala doğru yolu göstərir, düşünməyi əmr edir, haramdan uzaq durmağı buyurur. Allah-Təala ağıl verir, ağıl almır. Öz xətanı, öz günahını kimin boynuna atmaq istəyirsən?

- Bəzən çox danışan adam haqqında belə deyirlər: "Ağzını qoyub Allah yoluna, boş-boş danışır". Min dəfə "əstəğfrüllah" deməyin gəlir. Allah yolunda olan adam heç boş-boş danışarmı, günah edərmi?

- "O qədər xəsisdir ki, Allah ondan verdiyi canı da ala bilmir", "O qədər məkrlidir ki, onunla Allah da bacarmaz", "Filankəs Allahın yadından çıxıb"... Bütün bu ifadələr dilimizin də, düşüncəmizin də təmizlənməyə, günhalardan arınmağa nə qədər möhtac olduğunu açıq-aydın nümayiş etdirir.

Atalar yaxşı deyiblər ki, əvvəl bişir, sonra düşür, yəni yüz ölç, bir biç. Elə eləmə ki, dilin başına bəla olsun.

Sonsuz Nur

Peyğəmbərimin (Ona Allahın salamı olsun!) buyruqları

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Yəmənə vali göndərdiyi Muaz bin Cəbəl ayağını üzəngiyə qoyanda Rəsulullah ona belə öyüd verir: "Ey Muaz, insanlara qarşı əxlaqını gözəlləşdir".

Rəsulullah buyurmuşdur:

- Ən xeyirliniz əxlaqca ən gözəl olanlarınızdır.

-Yaxşılıq gözəl xasiyyətdir. Günah isə vicdanı rahatsız edən, adam içində gizlədiyi və insanların xəbər tutmasını istəmədiyi şeydir.

- Su buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridir. Sirkə balı çürütdüyü kimi pis əxlaq da yaxşı əməli çürüdür.

- Mənim yanımda ən sevimliniz əxlaqca ən gözəl olan və ətrafdakılarla xoş davranandır ki, o, ətrafdakıları sevər, ətrafdakılar da onu sevər. Mənim yanımda ən az sevilənləriniz isə çuğulçuluq edən, dostların arasını vuran və təmiz şəxslərdə qüsur axtaranlardır".

- İmanca möminlərin ən kamili əxlaqı ən gözəl olub, ailə üzvlərinə qarşı ən yumşaq və lütfkar davranandır".

- Allahım, təfriqə və aravuruculuqdan, ikiüzlülük və pis əxlaqdan sənə sığınıram".

Lüğət

"Lənət"dən mümkün qədər uzaq olun!

İslami terminologiyada "lənət" sözünün mənası odur ki, birisinin Allahın mərhəmətindən, əfvindən uzaq olmasını istəyirsən. Yəni istəmirsən ki, Allah-Taala lənət oxuduğun o şəxsi bağışlasın, ona mərhəmət eləsin, bunun üçün də araya gürürsən. Bəs bunun nə qədər böyük bədbəxtik olduğunu təsəvvür edirsinizmi? Əmin olun ki, bunun nə demək olduğunu anlayan şəxs hələm-hələm o sözü dilinə gətirməz.

Peyğəmbərimiz (s.ə.s): "Möminə lənət edən onu öldürmüş kimidir. Kim bir möminə küfr nisbət edərsə, onu öldürmüş kimidir" buyurmaqdadır. Bir incə məqamı da diqqətinizə çatdıraq ki, lənətləmək öldürməkdən daha ağır sayılır. Bu da onunla bağlıdır ki, sən birini öldürsən, onu dünya həyatından məhrum etmiş olursan, axirətdə də üz-üzə gəlib hesablaşacaqsınız. Sən birinə lənət etmiş olsan, onu Allahın mərhəmətindən uzaqlaşdırmaq, məhrum qoymaq istəyirsən, yəni lənət təkcə dünya ilə tamamlanmır, axirətdə də davam edir.

Lənət edən lənət etdiyini Allahın mərhəmətindən məhrum etməyə çalışır. Qurani-Kərimdə: "Allahın lənəti zalımların üzərinə olsun!" buyurulur, yəni zalımların və kafirlərin Allahın lənətinə uğrayacağı bildirilir. Ona görə də möminlər heç zaman Allahın qəzəbi, Allahın lənəti və cəhənnəm odu ilə bir-birinə lənət etməməlidir. Bu haqda uca Peyğəmbərimizin də ciddi xəbərdarlıqları var.

Sevimli Peyğəmbərimiz (Ona Allahın salam olsun!) buyurur ki, lənət ya oxunanındır, ya oxuyanın. Yəni ğızdan çıxan lənət havada qalmır, əgər haqlıdırsa, oxunana gedir, yox haqsızdırsa, oxuyanın özünə dönür.

İbrətli söhbət: Ana və övlad

Tənha bir qarı varmış. Yaşı doxsanı keçsə, beli bükülsə də her işinə özü əl atar kimsəyə ağız açmazdı. Qarını üç övlad doğub böyütmüşdü. Üçü də uzaq bir şəhərdə yaşayır, illərlə ata evinin qapısını açmazdılar. Cavan yaşından ərini itirib, evinin həm kişisi, həm xanımı olan, övladlarının gözünə kədər buludu qondurmayan ana yaşının doxsanında tək-tənha qalmışdı bir damın altında. Bir dəfə qonum-qonşu yığışıb töhmət eləmişdi: "ay ana, ay başına dönüm, sən zəhmət çəkib bala böyütmüsən, iki oğlan bir qız yetişdirib ev-eşik sahibi eləmisən. Bu kənddə ər-arvadın övlada verə bilmədiyini sən təkbaşına vermisən. İndi çağır onları, de ki, südüm sizə haram olsun." Ana da deyilənlərə sakitcə qulaq asıb belə demişdi: "Mənin onlara verdiyim südü mənə Allah vermişdi. Mən Allahınm mənə verdiyini onlardan əsirgəyə bilməzdim. Bir də ki, mən kimsəni özümə borclu bilmirəm. Özüm də hər işdə bircə Allahıma borcluyam. Allah mənə övlad verəndə boynuma analıq borcu qoydu. Mən də Allahım qarşısında öz borcumu yerinə yətirməyə çalışdım. Nə qədər yerinə yetirə bildim, onu bir Allah bilir. Mən kimsədən bir şey ummuram, gözləmirəm. Umduğum, istədiyim bircə odur ki, Allahım məndən razı olsun. O ki qaldı övladlarıma, mən südümü də, haqqımı da onlara halal eləmişəm və hər zaman dilim də, əllərim də duadadır ki, Allahım onları islah eləsin, onlar da öz vəzifələrini anlayıb layiqincə yerinə yetirən bəndələr olsunlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR