Sabirabadda iki maşın toqquşub, 1 nəfər yaralanıb

Sabirabadda iki maşın toqquşub, 1 nəfər yaralanıb
21:37 15 Yanvar 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad. 15 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarayev kəndində qeydə alınıb.
Yerli sakin, 71 yaşlı Fəzail Mikayıl oğlu Yusubov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-iki-masin-toqqusub-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR